Vətəninfo.az xəbər verir ki, Dəməşqin Əməvi məscidində çıxış edən Təhrir əş-Şam qruplaşmasının lideri Əbu Məhəmməd Colani bildirib ki, İran Suriyada dini parçalanma və korrupsiyanı yayıb.
“Bəşar Əsəd Suriyanı İranın tamahkarlığının yuvasına çevirib, ölkədə dini parçalanmanı yayıb və korrupsiya halları törədiblər. Bu gün Allahın lütfü və şəhidlərin qanı ilə Suriya azad edilib”, – deyə, Colani qeyd edib.