image-001-07-11-2024-3backend

Təhsil müəssisələrində Zəfər Günü tədbirləri

image-reklam_sirab_01

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində 8 Noyabr-Zəfər Günü ilə bağlı tədbirlər keçirilib. Belə ki, paytaxt məktəblərində Zəfər Gününə həsr olunmuş konfranslar, seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, foto və rəsm sərgiləri, Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyaları, eləcə də şagirdlərin Vətən Müharibəsi Memorial Kompleksinə və Hərbi Qənimətlər Parkına ekskursiyaları təşkil olunub.

Tədbirlərdə BŞTİ, rayon icra hakimiyyətləri, müxtəlif idarə və təşkilatların nümayəndələri, şəhid ailələri, qazilər, təhsil müəssisələrinin pedaqoji kollektivləri, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbirlər ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb. Şagirdlərə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış, fəxarətlə, qürurla anılan Zəfər Günü barədə ətraflı məlumat verilib, Ali Baş Komandan, Prezident İlham Əliyevin Zəfər salnaməsindən bəhs edilib.

Möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu olduğu şagirdlərin diqqətinə çatdırılıb. Bildirilib ki, bu gün hər kəs Vətəni üçün canından keçən şəhidlərimizin qəhrəmanlıq məktəbindən bəhrələnməli, onların həyat yolunu dərindən öyrənməli, qəhrəmanların keçdikləri hünər yolunun gələcək nəsillərə çatdırılmasına öz töhfəsini verməlidir.

Tədbirlərdə şagirdlər Qarabağ Zəfəri, üçrəngli bayrağımız, vətənpərvərlik mövzularında şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image