image-1backend

TƏHSİL NAZİRLİYİNİN SAMİR VƏLİYEV KABUSU – Nazir, töhmət alan rektor oğluna yüksək vəzifə verdi!

image-reklam_sirab_01

“Samir Vəliyevi yaxşı tanıyanlar bilir ki, onun tamahı və qabiliyyətsizliyi nazirə başucalığı gətirməyəcək”

Cəmiyyətin Təhsil Nazirliyindən gözləntiləri, hələlik, özünü doğrultmur. Nazir Mikayıl Cabbarov indiyədək nazirliyin Mərkəzi aparatını, demək olar ki, qura bilməyib. Mərkəzi aparatda gözə çarpan əsas vəzifə müşavir vəzifəsidir.

Mikayıl Cabbarov nazir təyin olunandan indiyə kimi özünə 10-a yaxın müşavir təyin edib. Məsələn, müşavir vəzifəsi sonradan Sumqayıt Dövlət Universitetinə rektor təyin olunmuş Elxan Hüseynova düşdü. Nazir özünün ən yaxın adamı olan Hüseyn Əliyevi müşavir təyin etdikdən bir müddət sonra vəzifəsindən kənarlaşdırdı.

Samir Vəliyevi də Cabbarovun müəmmalı müşavirlərindən biri hesab etmək olar. O, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğludur. Böyük biznes imperiyasına malik olan Ə.Vəliyev oğlunu nazirlikdə yüksək nüfuza malik olan bir şəxsin vasitəsilə vəzifəyə yerləşdirə bilmişdi. Bu təyinatı Cabbarovun könülsüz etməsi barədə hamı danışır. Müşavir vəzifəsinə təyinatdan bir müddət sonra Cabbarov Samir Vəliyevi nazirlikdə “Peşə və orta ixtisas təhsili məktəbləri” sektoruna müdir təyin etdi. Burada da özünü doğrultmayan Vəliyevi, nazir vəzifəsindən kənarlaşdırıb özünə yenidən müşavir təyin etdi. Lakin “AzPolitika.info”ya mötəbər mənbədən daxil olan məlumata görə, Əhməd Vəliyev yenidən “gücünü” işə salıb, bugünlərdə oğlunu nazirliyin ən böyük idarələrinin birinə – Akkreditasiya və Nostrifikasiya İdarəsinə rəis müavini təyin etdirə bilib. Üstəlik də bu idarənin səlahiyyətlərinə daxil olan bütün işlər S.Vəliyevə həvalə olunub.

“Samir Vəlievi yaxşı tanıyanlar bilir ki, onun tamahı və qabiliyyətsizliyi nazirə başucalığı gətirməyəcək”, deyə mənbə saytımıza bildirib.

Təkcə bu faktın özü onu göstərir ki, Mikayıl Cabbarov təzyiqlərə tab gətirə bilmir. İşdə ciddi nöqsanlara yol verdiyinə görə töhmət almış Samir Vəliyevin, hətta vəzifəsini böyüdür.

Sual olunur: Universiteti, kolleci, orta məktəbləri olan oliqarx Əhməd Vəliyevin oğlunu nazirlikdə yerləşdirməkdə nə marağı var?

Onu naziri gözdən salmağa nə vadar edir?

Mövzuya qayıdacağıq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki