Təl-Əvivdə meydana toplaşan onlarla israilli azad edilənləri gözləyir.
Bazar ertəsi, oktyabrın 13-nə keçən gecə yüzlərlə insan səhərə planlaşdırılan girovların azad edilməsi ərəfəsində Təl-Əvivin Girovlar Meydanına toplaşıb.
Bu barədə Haaretz saytı məlumat yayıb. Azad ediləcək girovların ailələrinə artıq Reim qəbul mərkəzinə getmək göstərişi verilib, girovlar azad edildikdən dərhal sonra oraya köçürüləcəklər.