image-reklam-veteninfo
image-ztaqyywetfqhkwgyeoibsbrb3r7qozi97lrwzxjobackend

Təl-Əvivə PUA- larla hücum edildi: ölən və yaralananlar var

image-reklam-veteninfo

Gecə saatlarında Təl-Əvivə pilotsuz uçan aparatla hücum edilib, nəticədə 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Husilər hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Vətəninfo.az  xəbər verir ki , bu barədə “The Times of Israel” məlumat yayıb.

Dəniz tərəfdən şəhərə yaxınlaşan PUA saat 03:12 radələrində şəhərdəki mənzillərdən birinə çırpılıb. Təcili xidmətin məlumatına görə, 1 nəfər qəlpə yarasından ölüb, 8 nəfər xəstəxanaya çatdırılıb.

Nəticə yoxdur.

İsrail Hərbi Hava Qüvvələrinin ilkin araşdırması nəticəsində məlum olub ki, partlayıcı yüklü PUA müəyyən edilib, lakin insan səhvi ucbatından hava hücumundan müdafiə qüvvələri onu vurmayıb. Və müəyyən edilmiş hədəfə qarşı heç bir tədbir görülmədiyi üçün hava hücumu siqnalı verilməyib.

Yəmən husiləri rəsmi olaraq hücuma görə məsuliyyəti öz üzərinə götürərək, İsrailə hücumlarını davam etdirəcəklərini bildirərək, Qəzza müharibəsində fələstinlilərlə həmrəy olduqlarını bildiriblər.

Husi sözçüsü bildirib ki, Təl-Əviv “silahlarının əhatə dairəsi daxilində” onların hədəfi olaraq qalacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki