image-reklam-veteninfo
image-1backend

Tələbələr üçün sərfəli evlər: “Hamı oradan qaçır…”

image-reklam-veteninfo

Sentyabrın 15-i yaxınlaşdıqca tələbələrin ən böyük dərdi dərslərdən əvvəl ev tapmaq olur. Bu günlərdə kirayə mənzil bazarında qiymətlər sürətlə qalxır, seçimlər isə azalır. Tələbələr dərs kitabı deyil, sanki ev elanları vərəqləyirlər. Əmlakçılar deyir ki, ən qızğın dövr məhz indi başlayır. Bəs ev sahibləri qiymətləri daha çox hansı amillərə görə artırırlar? Qiymətlərin sabitləşməsi nə vaxtdan gözlənilir?

Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov açıqlama verib. Bildirib ki, bu il də hər il olduğu kimi kirayə bazarında acınacaqlı vəziyyət hökm sürür:

“Qiymətlər də 10-15 faiz qalxır. İcarə qiymətlərinə nəzər alsaq, satış qiymətləri son 5 il ərzində 60 faizə yaxın bahalaşıb. Bu da paralel şəkildə kirayə bazarına təsir göstərir.

Təkliflərin sayı məhdudlaşır, azalır. Köhnə, aşınmış və köhnəlmiş fond sökülür, bazardan çıxarılır. Məsələn, Sovetski, Sovetski ətrafı küçələr, Tbilisi prospekti, Nəsimi rayonu və s. Həmin yerlərdə ucuz fond çox idi. Onlar bazardan çıxarıldıqca sayı azalır və qiymətlər qalxır”.

Müsahibimiz qeyd edib ki, indiki vaxtda münasib qiymətə ev tapmaq çox çətindir:

“Çünki ümumiyyətlə, şəhərin daxilində mənzil və ya fərdi ev tapmaq olduqca müşkül məsələdir. Bazarda elə şəxslər də var ki, onlar bilərək əmlakı saxlayırlar. Avqust–sentyabr aylarında kirayəyə vermək üçün gözləyirlər və bazar qiymətindən 20 faiz baha təklif edirlər. Bəli, belə şəxslər çoxdur. Bazar isə bunu tənzimləyir – hər bir kəs öz istədiyi qiyməti qoya bilir. Tələbatı nəzərə alsaq, bu, təbii nəticədir.

Əlçatan evlər daha çox Bakı şəhərindən kənarda yerləşir. Yəni paytaxtın kəndlərində, bir qədər uzaq ərazilərdə. Hazırda Xırdalanda və Masazırda həm satış, həm də kirayə daha çoxdur. Amma tıxac problemi səbəbindən bir çox insanlar oradan qaçırlar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki