image-3backend

Tənzilə Rüstəmxanlı: Ən demokratik seçkilər Neftçalada keçirildi – MÜSAHİBƏ

image-reklam_sirab_01

Ən demokratik seçkilər Neftçalada keçirilib.

Vətəninfo.az xəbər verir ki, bunu Milli Məclisin Neftçaladan seçilən deputatı Tənzilə Rüstəmxanlı “MediaTürk TV” internet televiziyasında aparıcı Heydər İsmayılın verilişində deyib.

“Dövlətin müvafiq dairələri yaxşı bilirdilər ki, mən Neftçalada nə ilə qarşı-qarşıyayam. Ona görə də ad çəkmirəm. Çünki mənə qarşı olanların məqsədi vardı ki, adamlarından birini qarşıma çıxarsınlar və o adı Azərbaycanda eşitdirsinlər. Məqsədlərinə nail oldular, amma saf, mənə etimad göstərən, inanan Neftçala xalqının böyük bir hissəsi əlinin dalı ilə onları itələdi. Neftçala camaatının böyük bir hissəsi səsini kimə verməliydisə, ona da verdi. Ən demokratik seçki Neftçalada keçirildi. Əlbəttə, Azərbaycan dövləti tərəfindən hər bir ərazimizdə demokratik seçkilərin keçirilməsi üçün şərait yaratmışdı. Belə olmasaydı, onların namizədləri qeydiyyata alınmazdı. Əslində, onları qeydiyyata almamaq üçün kifayət qədər nöqsanlar, səbəblər vardı. Bunların namizədlikləri ləğv olunsun deyə müraciət də etmədik. Bu, bir yarış idi. Seçkilərdə hər kəs öz əxlaqına uyğun davranış göstərdi. Nə qədər türk düşməni vardısa, eləcə də FETÖ-cülər mənə qarşıydı. Hamısını araşdırmışam, adlarını bilirəm. Niyə Tənzilə Rüstəmxanlı? Çünki dərdləri türkçülük və türkçülərlədir”,- o deyib.

Xatırladaq ki, 1 sentyabr 2024-cü ildə ölkəmizdə növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə sabiq deputat Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlı Neftçaladan namizəd olub, onun rəqibi Vəfa Nağı olub. Tənzilə Rüstəmxanlı seçki yarışında qalib gəlib və deputat mandatı qazanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki