image-reklam-veteninfo
image-0backend

Terroçu 2 nəfəri öldürdü, 6 nəfəri isə yaraladı

image-reklam-veteninfo

Yeni Zelandiyanın baş naziri Kris Hipkins Oklendin biznes rayonunda atışma nəticəsində 2 nəfərin öldüyünü, 6 nəfərin yaralandığını təsdiqləyib. Hadisə yerli vaxtla səhər saat 7:30 radələrində baş verib. Hipkins bildirib ki, hücum edən şəxs güllələnib və hadisə yerində zərərsizləşdirilib. Vətəninfo.az xəbər verir ki, bu barədə TASS yazır.

Yeni Zelandiya təcili yardım xidməti qeyd edib ki, atışmadan sonra 6 nəfər şəhərdəki xəstəxanalara aparılıb. Onlardan 3-ü ağır, daha 3-ü isə orta-ağır yaralanıb.
Cinayəti törədən şəxsin motivləri hələlik açıqlanmayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki