image-1backend

“Terror qruplaşmalarına Suriya ərazisində imkan verməyəcəyik”-Şara

image-reklam_sirab_01

Suriyada yeni administrasiyanın lideri Əhməd Şara Türkiyəni təhdid edən terror qruplaşmalarına Suriya ərazisində imkan verməyəcəklərini bildirib.

Vətəninfo.az xəbər verir ki, Əhməd Şəra açıqlamasında xarici terrorçu ünsürlərin Suriyanı tərk etməsinin vacibliyini vurğulayaraq, Suriyaya verdiyi dəstəyə görə prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyəyə təşəkkür edib.

Əhməd Şəra terror təşkilatı PKK/YPG-nin ölkəsindəkı mövcudluğuna qarşı açıq mesajlar verib. Türkiyə ilə eyni mövqedən çıxış etdiklərini bildirən Şəra terror təşkilatına qarşı mövqelərini də sərt şəkildə dilə gətirib.

Əhməd Şara xarici silahlı qruplaşmaları istəmədiklərini və Suriya ərazisində Türkiyəni təhdid edən birləşmələrə icazə verməyəcəklərini vurğulayaraq deyib:

“Biz ilk gündən dedik ki, bütün qruplar silahlarını yerə qoyub Müdafiə Nazirliyinin damı altına girəcəklər. Bunu hamısı qəbul etdi. Amma təəssüf ki, PKK/YPG bunu qəbul etmədi. Terror təşkilatı daxilində Suriya əsilli olmayan ünsürlər var, bu şəxslər ölkəni tərk etməlidirlər. PKK/YPG DEAŞ-dan şantaj materialı kimi istifadə edir. Bu vəziyyət beynəlxalq səviyyədə həll edilmədir”.

Əhməd Şəra suriyalıları ölkələrinə qayıtmağa çağırıb və beynəlxalq ictimaiyyətdən Suriyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etməyi tələb edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image