Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisi, general Mark Milli arasında telefon danışığı olub.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
“O, hərbi cəbhənin əməliyyat vəziyyətindən danışdı. Ukrayna silahlı qüvvələri aktiv hücum əməliyyatlarını davam etdirir. Vəziyyət plan üzrə inkişaf edir, təşəbbüs bizim əlimizdədir”, – Zalujni bildirib.


























