image-arzuman_muradli-yeni_foto_-2backend

“Təxribatlara təlimat verən Rusiyadır” -Arzuman Muradlı

image-reklam_sirab_01

Bu gün Mokvada  Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında görüş keçirilir. Bu görüşdən nələr gözlənilir? Politoloq Arzuman Muradlı bu görüşlə bağlı öz fikirlərini Vətəninfo.az-a bildirib.

“Moskvada baş tutacaq üçtərfli görüşdən, xüsusilə sülh müqaviləsinin imzalanması ilə bağlı ciddi nəticə gözləmirəm. Çünki Ermənistanla bərabər, Rusiya da sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Çünki sülh müqaviləsi imzalanacağı halda, bölgəyə hərbi mövcudluqdan başqa heç nə təklif edə bilməyən Rusiyanın təsir imkanları kəskin şəkildə azalacaq. Hazırda Rusiyanın məqsədi gərginliyi müəyyən səviyyədə saxlamaqla bölgədə mövcudluğunu qorumaq və Qarabağdakı “sülhməramlı” adı ilə yerləşdirdiyi hərbi kontingentinə hüquqi status əldə etməkdir.”

Politoloq hesab edir ki, Ermənistan tərəfindən səsləndirilən “Bakı-Xankəndi dialoqu beynəlxalq mexanizmlərin təminatında olmalıdır” açıqlamaları da Rusiyanın maraqlarına uyğundur.

“Bu halda Rusiya hərbi kontingenti üçün beynəlxalq mandat almağı düşünür. Separatçı-terrorçuların hərbi təlimləri də bu məqsədə xidmət edir.Çünki təxribatların təlimatını verən Rusiya olduğundan öz moderatorluğuna kölgə salmaq istəməz. Hansısa ilkin sənəd imzalanması da real görünmür. Ənənəvi bəyanatların davamını görə bilərik. Yəni üçtərəfli bəyanatın şərtlərinə əməl olunması, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası kimi bəyanatlar səslənə bilər. Ənənəvi olaraq Rusiya siyasi məsələni – sülh müqaviləsini – arxa plana keçirib, texniki məsələləri önə çəkəcək”. -deyə politoloq bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki