image-image_750x_67b4bbb402436backend

Təyyarə avtobusla toqquşdu: Çoxsaylı ölən var

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Braziliyanın San-Paulu şəhərində kiçik King Air F90 təyyarəsi avtobusa çırpılıb. Qurbanlar var. Təyyarənin Kampo de Marti hava limanından havaya qalxaraq Porto Aleqriyə doğru hərəkət etdiyi məlum olub. O, Barra Funda bölgəsindəki Markes de San Visente avtomobil yolunda qəzaya uğrayıb. Hadisə nəticəsində azı iki nəfər ölüb. Daha iki nəfər yaralanıb.

Təyyarə tamamilə yanıb. İki qurbanın cəsədi yanan təyyarədən çıxarılıb. Onlar tamamilə yanıb. Xəsarət alanlardan biri avtobus sürücüsüdür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image