Sinqapur Hava Yollarının Londondan Sinqapura uçan təyyarəsində baş verən texnika qəza səbəbindən yaralananların sayı 70-i keçib. Vətəninfo.az xəbər verir ki, bu barədə AFP Tailand Banqkok xəstəxanasının məlumatlarına istinadən yazır.
Jurnalistlərin məlumatına görə, artıq 71 nəfər müalicəyə göndərilib, onlardan 6-sı ağır bədən xəsarətləri alıb.
Hadisə mayın 21-də baş verib. Təyyarə mayın 20-də axşam İngiltərədən havaya qalxsa da, güclü burulğana düşüb və Banqkokda sərt eniş edib. Təyyarədə 211 sərnişin və 18 ekipaj üzvü olub.
KİV-in məlumatına görə, fırtınalı hava şəraiti nəticəsində iki nəfər ölüb, onlardan biri 73 yaşlı Britaniya vətəndaşıdır.