Vətəninfo.az xəbər verir ki ,Amerika Birləşmiş Ştatlarında Çikaqodan Maui istiqamətində uçan təyyarənin təkər yuvasında cəsəd tapılıb.
Çərşənbə axşamı günorta saatlarında Kahului Hava Limanına enən, “United Airlines” şirkətinə məxsus UA202 reysi üzrə uçan təyyarənin baqajında bir cəsədin olduğu müəyyən edilib.
“Bu sahəyə yalnız təyyarənin əməkdaşları girə bilər” deyə “United Airlines” açıqlama verərək cəsədin necə və ya nə vaxt daxil olduğunun hələlik müəyyən edilmədiyini bildirib.
Maui Polis İdarəsi hadisə ilə bağlı araşdırmaya başlayıb.