Vətəninfo.az “The Guardian” qəzetinə istinadən xəbər verir ki, ABŞ və Britaniya Rusiyanın gizli nüvə məlumatlarının İrana ötürülməsindən narahatlıqlarını ifadə edib.
Məlumata görə, Vaşinqton və London Rusiyanın məxfi məlumatı ötürməklə İranı nüvə silahı istehsalına yaxınlaşdıracağından narahatdır və bunun müqabilində İran Ukraynaya hücum etmək üçün Rusiyanı ballistik raketlərlə təchiz edəcək.
Eyni zamanda, Qərb rəsmilərinə istinadla bildirilib ki, Kreml son aylarda nüvə silahı üçün İranla əməkdaşlığı artırıb.
Rəsmilər əlavə ediblər ki, proseslər son günlər Vaşinqtonda ABŞ və Britaniya rəsmiləri tərəfindən müzakirə edilib.