Vətəninfo.az “The Telegraph” qəzetinə istinadən xəbər verir ki, SEPAH generalları Əsəd rejiminin süqutundan qəzəblənir və İranın bölgədə nüfuzunu itirəcəyinə görə bir-birlərini günahlandırırlar. Adı açıqlanmayan SEPAH rəsmisindən biri qəzetə bildirib ki, heç kim Əsədin qaçacağını düşünməyib və İran İsrail və Hizbullahla yaxınlığını qorumaq üçün onu hakimiyyətdə saxlamağa çalışıb.
Sitat: “İran Əsəd rejimini dəstəkləmək üçün milyardlarla dollar xərcləyib. Suriya Bəşar Əsəd rejimi dövründə İrandan Hizbullaha silah təchizatı üçün əsas marşrut olub… SEPAH daxilində bir sıra rəsmilər Qüds qanadının komandanı İsmayıl Qaanini günahlandırır çünki o, Əsəd ordusunun dağılmasına icazə verməkdə təqsirkardır. Heç kim özünə deməyə cəsarət etmir, ancaq o, İranın maraqlarının itirilməsinin qarşısını almaq üçün heç bir iş görməyib və vəziyyəti yalnız Tehrandan izləyirdi”.