Vətəninfo.az xəbər verir ki, dünən “The Telegraph” qəzeti İranda həbs edilən britaniyalı cütlük Kreyq və Lindsi Formanın heç bir cinayət törətmədiyini açıqlayıb və bildirib ki, İslam Respublikası Londandan bir şeylər qopara bilmək üçün iki xarici vətəndaşı saxlayıb.
Qəzetin məlumatına görə, “onlar cinayət törətdiklərinə görə tutulmayıblar. Hər iki şəxs Britaniya vətəndaşıdır və bu, onların saxlanılmasına, Tehranın Britaniyadan birşeylər istəməsinə haqq qazandırmaq üçün kifayətdir”.
“Cinayət törətmək lazım deyil. Avropa pasportuna sahib olmaq sizi İran hökumət üçün hədəfəçevirir. Əgər mavi gözləriniz və sarı saçlarınız varsa, istər turist olun, istərsə də işgüzar səfər üçün İrana gəlin, bu ölkə sizin üçün təhlükəsiz deyil”, – deyə, qəzetdə qeyd edilib.