image-reklam-veteninfo
image-1backend

“The Washington Times”: Orta Asiya və Qafqaz ABŞ-ın diqqət mərkəzində olmalıdır

image-reklam-veteninfo

The Washington Times nəşri yazır ki, Orta Asiya və Qafqaz regionları Baltikyanı və Qara dəniz ölkələri ilə yanaşı, ABŞ-ın xarici siyasətində prioritet mövqedə olmalıdır.

Məqalədə qeyd olunur ki, son illər ABŞ bu bölgələrə diqqətini artırıb. Bildirilir ki, Wabtec və Boeing şirkətləri müvafiq olaraq Qazaxıstan və **Özbəkistana milyardlarla dollarlıq sərmayə yatıracaqlarını açıqlayıblar. Bundan başqa, Amerika investisiya qrupları regionun bütün ölkələrinə səfərlər edərək əməkdaşlıq imkanlarını qiymətləndirirlər.

Nəşrin vurğuladığına görə, regionun səkkiz ölkəsində sərhəd və viza rejimlərində islahatlar, regional əlaqələrin gücləndirilməsi və ticarət-investisiya mühitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır.

Eyni zamanda qeyd olunur ki, Sovet dövründən qalma təhsil sistemləri modernləşdirilir, və bu proses ingilis dilində danışan, müasir dünyagörüşünə malik yeni nəsil kişi və qadınların formalaşmasına gətirib çıxarır.

Məqalədə bildirilir ki, Rusiya hələ də bu regionları “Moskvanın imtiyazlı təsir zonası” kimi görür və bu təsiri saxlamağa çalışır. “Ancaq bölgə artıq əsrlik Rusiya hökmranlığının mirasından qurtulmağa doğru irəliləyir”, – deyə yazıda qeyd olunur.

Digər tərəfdən, Çin də regionda artan maraq və təsiri ilə diqqət çəkir. “Pekin neft, qaz və digər təbii resurslara sahib olan bu geniş coğrafiyada ən böyük investor kimi öz mövqeyini möhkəmləndirib və ticarət, informasiya, təhsil, təhlükəsizlik sahələrində dominantlıq etməyə çalışır”, – qəzet yazır.

“The Washington Times” bildirir ki, Çin bu regionda iradə formalaşdırmaq gücünə sahib olarsa, Şimali Koreyadan Fars körfəzinə qədər uzanan ciddi təsir zənciri yarana bilər.

Məqalənin sonunda vurğulanır ki, Orta Asiya və Qafqaz da Baltikyanı və Qara dəniz regionları kimi ABŞ-ın strateji maraqları baxımından mərkəzdə dayanmalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki