Vətəninfo.az xəbər verir ki, Çinin Vaşinqtondakı səfirliyi RİA Novosti-yə ABŞ-ın Rusiyaya dəstək verdiyi üçün Pekinə qarşı əlavə sanksiyalar tətbiq etmə təhdidləri ilə bağlı şərh verib: ABŞ-ın Çini Rusiya ilə əməkdaşlıqdan imtina etməyə məcbur etməyə cəhdləri nəticə verməyəcək. Beynəlxalq icma ilə Rusiyanın əməkdaşlığı qanunidir və bu əməkdaşlıq üçüncü ölkələrə ziyan vermir. Çin ABŞ-la qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır, ticarət müharibələrində qalib olmaz.