image-1backend

”Togg”un yeni modeli sınaqdan keçirildi

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır yerli və milli imkanlarla istehsal edilən ”Togg” elektromobilinin T10F modelini sınaqdan keçirib.

Məlumata əsasən, elektromobilin yeni modeli 2025-ci ildə təqdim ediləcək.

Sənaye və texnologiya naziri Mehmet Fatih Kacır ”Togg”un Bursanın Gemlik rayonunda yerləşən müəssisəsinə baş çəkib.

İstehsal ilə bağlı şirkət səlahiyyətlilərindən məlumat alan Mehmet Fatih Kacır elektromobilin həm Ar-Ge, həm də istehsal fəaliyyətlərinin sürətlə davam etdiyini ifadə edib.

”Togg”un gələn il satışa çıxarılacaq ilk sedan modeli T10F-i sınaqdan keçirən Mehmet Fatih Kacır avtomobil barədə məlumat verib.

Yeni dizaynın gözləntiləri qarşılayacağını deyən nazir Mehmet Fatih Kacır T10F-in indiki SUV modelindən 80 kilometr daha çox məsafə qət etdiyini qeyd edib.

Enerji doldurma məntəqələrinin bütün şəhərlərdə geniş yayıldığına diqqət çəkən Kacır qarşıdakı dövrdə bu sahəyə investisiyaların artacağını bildirdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki