Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Almatı platformasını yenidən təqdim etməyə hazır olduğunu bildirib.
O, bu barədə Astanada Ermənistan prezidenti Vaaqn Xaçaturyanla görüşündə bildirib.
Danışıqlar zamanı prezidentlər ticarət-iqtisadi, nəqliyyat-logistika, kənd təsərrüfatı, maliyyə, mədəni-humanitar, o cümlədən rəqəmsallaşma sahəsində əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər.