image-image_750x_6496daab2e1fabackend

Tokayev Putinə kömək etməkdən imtina edib

image-reklam_sirab_01

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığının təfərrüatları məlum olub.

Vətəninfo.az xəbər verir ki, Putin qazaxıstanlı həmkarına ölkədə hərbi çevriliş nəticəsində yaranmış vəziyyət barədə məlumat verib.

Kasım-Jomart Tokayev qeyd edib ki, baş verənlər Rusiyanın daxili işidir.
“Konstitusiya quruluşu və qanunun aliliyi ölkədə hüquqi asayişin qorunmasının məcburi şərtidir. Bu, cəmiyyətin təhlükəsizliyinin və uğurlu inkişafının əsasıdır”, – Qazaxıstan liderinin mətbuat xidməti Tokayevin sözlərindən sitat gətirib.

Prezident Vladimir Putin Rusiyadakı vəziyyəti başa düşdüyünə görə Qazaxıstana təşəkkür edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki