“El Nacional” qəzetinin verdiyi məlumata görə, İngiltərənin “Tottenhem” klubu “Atletiko Madrid”in argentinalı hücumçusu Julian Alvarez üçün 130 milyon avro təklif etməyə hazırdır.
Vətəninfo.az xəbər verir ki, London klubu həmçinin Julian Alvarezin müqaviləsinə onun gələcəkdə “Barselona”ya keçidini asanlaşdıracaq məqbul buraxılış bəndini daxil etməyə hazırdır.
Kataloniya klubu yayda Alvaresi transfer etmək istəyirdi, amma “Atletiko” birbaşa rəqibini gücləndirməmək qərarına gəldi. Alvares həmçinin “Barselona”ya keçmək istəyirdi.
Alvarez 2024-cü ilin avqustundan bəri “Atletiko”da oynayır və müqaviləsi 2030-cu ilin iyun ayına qədərdir.
“Transfermarkt” 26 yaşlı futbolçunun transfer dəyərini 100 milyon avro olaraq qiymətləndirir.


























