“Denizlinin Çivril rayonunun Keralan kəndində toy mərasimi zamanı baş verən atışmada 11 nəfər yaralanıb. Məlumata görə, hadisə gəlin evdən çıxarkən baş verib”, – deyə məlumatda bildirilir.

Bildirilir ki, toy kortejində olan 15 yaşlı yeniyetmə ov tüfəngindən havaya ənənəvi atəş açmağa cəhd edib. Nəticədə qəlpə yerdən sıçrayaraq yaxınlıqdakı insanlara dəyib. Qurbanlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qəzetin məlumatına görə, zərərçəkənlər xəstəxanaya yerləşdirilib, yeniyetmə isə dindirilmək üçün şöbəyə aparılıb. Hadisənin bütün halları aydınlaşdırılır.