Vətəninfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp 11 noyabr və 8 may tarixlərini I və II Dünya Müharibəsində Qələbə Günü elan edib.
“Birləşmiş Ştatlar hər iki müharibədə qalib gəldi və heç kim bizə güc, cəsarət və hərbi şücaət baxımından yaxınlaşa bilməz”, – Tramp Truth sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar İkinci Dünya Müharibəsində qalib gəlmək üçün digər ölkələrlə müqayisə olunmayacaq dərəcədə çox işlər görüb.