image-reklam-veteninfo
image-1backend

Tramp: ABŞ bu adanı tutacaq

image-reklam-veteninfo

ABŞ Prezidenti Donald Tramp Xarq adasını ələ keçirmək niyyətində olduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, bu barədə o “Truth Social”da yazıb.

Tramp ABŞ-nin elə bu gecə İrana çox sərt zərbə endirəcəyi ilə hədələyərək vurğulayıb ki, ölkənin hərbi dəniz və hərbi hava qüvvələri, radiolokasiya sistemləri, hava hücumundan müdafiə (HHM) vasitələri və digər müdafiə elementləri, eləcə də hücum potensialının böyük bir hissəsi artıq məhv edilib.

“Yaxın gələcəkdə hansısa bir məqamda biz Xarq adasını və İranın digər neft infrastrukturu obyektlərini ələ keçirəcəyik və eynilə Venesuelaya etdiyimiz kimi, onların neft və qaz bazarlarını tam nəzarətə götürəcəyik”, – o qeyd edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki