ABŞ milli təhlükəsizliyi təhdid edən ticarət balanssızlığına görə fövqəladə vəziyyət elan edib. Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.
“Bu təhlükənin mənbəyi ABŞ-dan kənarda, bizim əsas ticarət tərəfdaşlarımızın daxili iqtisadi siyasətlərində və qlobal ticarət sistemindəki struktur disbalansındadır. Mən bununla bu təhlükə ilə bağlı milli fövqəladə vəziyyət elan edirəm”.
Tramp bildirib ki, ABŞ-ın digər ölkələrlə ticarət əlaqələrində “qarşılıqlılıq yoxdur”. Bundan əlavə, bu münasibətlər “xüsusilə son illərdə son dərəcə balanssızlaşıb”.
Xatırladaq ki, ümumilikdə ABŞ 185 ölkədən mallara rüsum tətbiq etsə də, Rusiya və Belarus bu siyahıya daxil edilməyib. Tariflər qarşılıqlılıq prinsipi əsasında hesablanır: ABŞ-dan idxal üçün qeyd olunan ölkələrin müəyyən etdiyi gömrük rüsumlarının yarısıdır.