image-1backend

Tramp ABŞ-da külək enerjisini iflic edib-  WSJ

image-reklam_sirab_01

ABŞ prezidenti Donald Trampın siyasəti ABŞ-da külək enerjisi sektorunu iflic vəziyyətinə salıb . Vətəninfo.az xəbər verir ki, bu barədə The Wall Street Journal yazıb .

Qəzet xatırladır ki , Ağ Evə qayıdan Tramp sahil sularında və quruda külək elektrik stansiyalarının quraşdırılması üçün federal icazələrin verilməsini dayandıran , həmçinin artıq verilmiş lisenziyalara yenidən baxılması haqqında sərəncam imzalayıb . Bu tədbirlər qəbul edilməmişdən əvvəl başlanmış layihələr üzərində iş davam etsə də , onlara cəlb olunmuş şirkətlər qeyri – müəyyənlik içərisində qalır və bundan sonra onları nə gözlədiyini anlamırlar .​​

Xüsusilə , Fransanın TotalEnergies enerji şirkəti ABŞ- dakı dəniz külək layihələrini dörd il müddətinə təxirə salıb , Britaniyanın neft və qaz nəhəngi Shell 1 milyard dollar itki ilə üzləşib , Danimarkanın enerji şirkəti Orsted – in itkiləri 1,7 milyard dollara çatıb , The Wall Street Journal qeyd edib .

Tramp yanvarın 21-də bəyan edib ki, ABŞ administrasiyası ölkədə karbohidrogen hasilatını artırmaq və külək enerjisinin inkişafından imtina etmək üçün tədbirlər görəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image