ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Tehrana nüvə proqramı ilə bağlı mümkün razılaşma çərçivəsində uranı zənginləşdirməyə icazə verməyəcək. Vətəninfo.az xəbər verir ki, Amerika lideri bu barədə özünün Truth Social səhifəsində yazıb.
O, ABŞ-ın keçmiş prezidenti Co Baydenin bunu çoxdan dayandırmalı olduğunu vurğulayıb.
“Potensial razılaşmamıza əsasən, biz heç bir uranın zənginləşdirilməsinə icazə verməyəcəyik”, – deyə Tramp bildirib.
Bundan az əvvəl məlum olmuşdu ki, İran və ABŞ arasında nüvə sazişi üzrə danışıqların altıncı raundu baş tutmaya bilər. CNN-in məlumatına görə, Tehran Vaşinqtonun təklifini “yersiz və uyğunsuz, olduqca qeyri-real və həddindən artıq tələbkar” hesab edir.