image-1backend

Tramp : ABŞ prezidenti olsaydım, Qəzzada münaqişə baş verməzdi

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp əmindir ki, Ağ Evdə olsaydı, Qəzza zolağında Fələstinin Həmas hərəkatı ilə İsrail arasında münaqişənin qarşısını almaq olardı.

“Əgər mən prezident olsaydım, bu müharibə heç vaxt başlamazdı”, – Tramp Dubayda yerləşən “Əl Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

“Bütün bu ölənlər, dağıdılan bütün bu şəhərlər, rayonlar olmazdı, 7 oktyabr olmazdı, ən vacibi bu olardı. Oktyabrın 7-də baş verən bu və bütün dağıntılar, nifrət və qalan hər şey baş verməzdi”. O, həmçinin Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri Yəhya Sinvar və Livanın “Hizbullah” şiə hərəkatının lideri Həsən Nəsrullahın İsrail tərəfindən öldürülməsindən sonra münaqişəyə son qoymaq üçün dolayı danışıqları bərpa etmək imkanının olduğuna əminliyini ifadə edib.

“Taliban, Əfqanıstan və orada baş verən hər şey olmazdı. Beləliklə, tarixdə bu an həqiqətən də yaşadığımız ən utanc verici anlardan biridir”, – Tramp bildirib. Onun sözlərinə görə, bu halda Ukraynadakı münaqişənin də qarşısını almaq olardı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki