ABŞ Prezidenti Donald Trampın Avropa ölkələrinin liderləri ilə Ağ Evdə çəkilən fotosu geniş rezonans doğurub.
Paylaşılan kadrlarda Tramp masada oturarkən, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Mers, Böyük Britaniyanın Baş naziri Keir Starmer, İtaliyanın Baş naziri Giorgia Meloni və NATO Baş katibi Mark Rutte də daxil olmaqla bir sıra liderlərin sadə stullarda yan-yana Trampın önündə əyləşmələri diqqət çəkib.
Trump-ın qarşısında əyləşənlər sırasında ABŞ-nin vitse-prezidenti JD Vens, dövlət katibi Marco Rubio, müdafiə naziri Pit Heqset, maliyyə aziri Skott Bessent, xüsusi nümayəndələr Stiv Vitkoff və Keith Kelloq, mətbuat katibi Karolin Leavitt, həmçinin Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və Finlandiya Prezidenti Aleksandr Stubb da yer alıb.
Sosial şəbəkələrdə yayılan fotoya qısa müddətdə on minlərlə şərh gəlib.
İstifadəçilərin böyük qismi bu kadrlara eyni rəyi bildirib – “Trump dünyaya kimin hökm etdiyini göstərir”.