image-reklam-veteninfo
image-1backend

Tramp Avropanı Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırdı və ABŞ-ın da bu addımı atacağını bildirdi – The Telegraph

image-reklam-veteninfo

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqını Rusiyanın əsas ticarət tərəfdaşları olan Hindistan və Çinə qarşı 100 faiz dərəcəsində ikincili sanksiyalar tətbiq etməyə çağırıb. O, ABŞ-ın da bu nümunəni izləyəcəyini bəyan edib.

The Telegraph qəzetinin yazdığına görə, Tramp bu çağırışı Avropa liderləri ilə Rusiya prezidenti Vladimir Putini Ukrayna ilə sülh razılaşmasına məcbur etməyin yollarını müzakirə edərkən səsləndirib.

Nəşrin məlumatına görə, Trampın bu təklifi ABŞ və Hindistan arasında gərginliyi artıracaq. Belə ki, daha əvvəl Tramp Rusiyadan neft idxalına görə Hindistana qarşı 25 faizlik cəza rüsumu tətbiq etmişdi. Nəticədə, Hindistan məhsullarına yönəlik ümumi tarif dərəcəsi 50 faizə çatmışdı.

Qəzet vurğulayıb ki, son həftələrdə Tramp Moskva ilə bağlı daha çox məyusluq yaşayır. Çünki Putinin Ukrayna şəhərlərini bombalamağa davam etməsi, ABŞ-ın sülh təşəbbüslərinə baxmayaraq, vəziyyəti daha da gərginləşdirib.

Ağ Evin də Rusiya liderinə qarşı ritorikanı sərtləşdirdiyi bildirilir. ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Avropa İttifaqının Rusiyadan neft alan ölkələrə qarşı tətbiq edə biləcəyi sanksiyalar Rusiya iqtisadiyyatının “tamamilə çökməsinə” gətirib çıxara bilər.

“Hazırda biz bir yarışın içindəyik: Ukrayna ordusu nə qədər davam gətirə biləcək və Rusiya iqtisadiyyatı nə qədər tab gətirəcək?” – deyə Bessent qeyd edib.

Xatırladaq ki, 7 sentyabrda Tramp Rusiyaya qarşı “sanksiyaların ikinci mərhələsinə” keçməyə hazır olduğunu bəyan etmişdi.

Bundan əvvəl Bloomberg xəbər vermişdi ki, Avropa İttifaqı Rusiyanın sanksiyalardan yayınmasına yardım edən ölkələrə qarşı ikincili sanksiyalar tətbiq etməyi planlaşdırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki