Vətəninfo.az xəbər verir ki,Tramp Aİ-yə ultimatum verib.
Tramp bildirib ki, Brüssel Amerika qazı və neftinin alışını artırmaqdan imtina edərsə, Vaşinqton 25% ticarət tarifləri tətbiq edəcək.
Ağ Evin yeni rəhbəri ABŞ-ın Aİ ilə ticarət kəsirinin hazırda 300 milyard dollar olduğunu bildirib
“Biz bunu ya tariflərlə düzəldəcəyik, ya da neftimizi almalı olacaqlar. Onların edə biləcəyi şey neftimizi və qazımızı almaqdır. Ticarət balanssızlığını aradan qaldırmaq üçün tez edə biləcəkləri şey neftimizi və qazımızı almaqdır”. – bazar ertəsi axşam Ağ Evdə bir sıra fərmanlar imzalayaraq vurğuladı.