image-1backend

Tramp : Bayden Ukrayna münaqişəsini həll etməyə çalışmır

image-reklam_sirab_01

ABŞ prezidenti Co Bayden Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün qətiyyən səy göstərmir. Vətəninfo.az xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Arizonada tərəfdarlarının mitinqində bildirib.

“Sizcə, o, gecələr yata bilmir, fırlanır, fırlanır və Rusiya ilə Ukrayna arasında müharibəni dayandırmaq üçün çarə tapmağa çalışır? – Tramp tamaşaçılara müraciət etdi, – Mən belə düşünmürəm. O, bir neçə ildir ki, Rusiya prezidenti Vladimir Putinlə danışmır”.

Tramp noyabrda keçiriləcək seçkilərdə qalib gələrsə, yanvarın 20-də ABŞ-da keçiriləcək andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəni həll edəcəyinə dair vədini də təkrarlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki