image-1backend

Tramp Baydenin 80 qərarını ləğv etdi

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, inauqurasiyadan sonra keçirilən mitinqdə ABŞ prezidenti Donald Tramp tərəfdarlarının iştirakı ilə sələfi Co Baydenin qəbul etdiyi 78 icra qərarını ləğv edən fərman imzalayıb. İmzalamadan əvvəl Tramp bəyan edib ki, bunlar aşındırıcı və radikal qərarlardır. O, həmçinin yeni administrasiya formalaşana qədər dövlət tənzimləmə mexanizminin dondurulduğu, eləcə də yeni administrasiya formalaşana qədər yeni məmurların dövlət sisteminə işə cəlb edilməsinin müvəqqəti dayandırıldığı qərarlar imzalayıb.

Trampın imzaladığı qərarlardan biri ilə ABŞ Paris İqlim Sazişindən çıxır. İmzalanan qərarlardan biri siyasi rəqiblərə qarşı mübarizədə hökumət strukturlarından istifadəni qadağan edir. Tramp həmçinin söz azadlığına dair direktivi və Birləşmiş Millətlər Təşkilatına ünvanlanmış məktubu imzalayıb və burada ABŞ-ın Paris İqlim Sazişindən niyə çıxdığını izah edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image