image-reklam-veteninfo
image-1backend

Tramp Braziliya seçkilərini Hindistanla səhv saldı – Paylaşımını sildi

image-reklam-veteninfo

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında seçkilərlə bağlı paylaşımında Braziliyanı Hindistanla səhv salıb.

Vətəninfo.az xəbər verir ki, Tramp “Truth Social” platformasında yazıb ki, Hindistanda keçirilən prezident seçkilərinin birinci turunda 125 milyon insan səs verib və seçkinin nəticələri elə həmin gün açıqlanıb.

Lakin Hindistanda bazar günü prezident seçkiləri keçirilməyib. Ölkənin hazırkı prezidenti Draupadi Murmu 2022-ci ilin iyulundan bu vəzifəni tutur. Hindistanda prezident birbaşa xalq səsverməsi ilə deyil, parlamentin hər iki palatasının və ştat qanunverici orqanlarının üzvlərindən ibarət seçki kollegiyası tərəfindən seçilir.

Trampın qeyd etdiyi 125 milyonluq seçici fəallığı isə Braziliyada keçirilən prezident seçkilərinin birinci turunun nəticələrinə uyğun gəlir. Braziliyada səsvermə yerli vaxtla saat 17:00-da başa çatıb və ilkin nəticələr seçki məntəqələrinin bağlanmasından qısa müddət sonra açıqlanmağa başlayıb.

Braziliyada prezident seçkilərinin ikinci turu oktyabrın 25-nə təyin edilib. İkinci turda hazırkı prezident Luiz İnasio Lula da Silva ilə keçmiş prezident Jair Bolsonaronun oğlu, senator Flavio Bolsonaro mübarizə aparacaq. Namizədlərdən heç biri birinci turda səslərin 50 faizindən çoxunu toplaya bilməyib.

Tramp paylaşımı yayımlandıqdan sonra səhvini düzəldib. ABŞ prezidenti ilkin paylaşımını silərək təxminən iki dəqiqə sonra düzəliş edilmiş versiyanı yayımlayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki