ABŞ prezidenti Donald Tramp müvafiq dəvət olacağı təqdirdə bu il Çinə səfər edə biləcəyini istisna etmir. Vətəninfo.az xəbər verir ki, o, bu barədə inauqurasiyadan sonra, yanvarın 20-də axşam Ağ Evin Oval kabinetində jurnalistlərlə söhbətində deyib.
Eyni zamanda, ABŞ lideri məsələnin daha çox Pekinin Vaşinqtona dəvət göndərməsindən asılı olduğuna eyham vurub.
Tramp bu il Çinə gedib-getməyəcəyini soruşduqda “Dəvətim olsaydı, baş verə bilərdi” dedi.
Yanvarın 19-da “The Wall Street Journal” mənbələrə istinadən yazıb ki, Tramp səlahiyyət müddətinin ilk 100 günü ərzində Çinə səfər etməyi düşünür. Nəşrin məlumatına görə, səfərin məqsədi Çin sədri Si Cinpinlə münasibətləri gücləndirmək olacaq. Bundan əlavə, WSJ qeyd edib ki, Hindistana səfər variantı da nəzərdən keçirilir.
Çinin “The Global Times” qəzeti qeyd edir ki, yanvarın 20-də Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ni bildirib ki, Pekin “iki ölkə prezidentinin strateji rəhbərliyi altında və qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı əməkdaşlıq prinsipləri altında ABŞ-ın yeni administrasiyası ilə işləməyə hazırdır. ”