image-1backend

Tramp bu telekanaldan 10 miyard dollar təzminat istəyir

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp hesab edir ki, CBS News ona nəinki 10 milyard dollar təzminat ödəməli, həm də Demokratlar Partiyasının namizədi Kamala Harrislə müsahibəni redaktə etmək üçün yayım lisenziyasını itirməlidir.

“Mən sadəcə olaraq CBS-ni  məhkəməyə verdim, çünki bu, seçkiyə müdaxilə etmək, saxtakarlıq idi. Harrisə sual verilir və o, uzun, başıboş cavab verir. Və CBS nə etdiyini bilirsinizmi? Hər şeyi kəsib, mənasız suala başqa cavab alıb yerinə qoyurlar. Düşünürəm ki, CBS-ə lisenziya verilməlidir”, – Tramp oktyabrın 31-də Nevada ştatının Henderson şəhərində tərəfdarlarına deyib. Mitinqi mühafizəkar media şirkəti RSBN yayımlayıb.

Tramp həmçinin hesab edir ki, ABC sentyabr ayında Harrislə debatını zəif təşkil etdiyi üçün lisenziyasını itirməlidir.

Qeyd edək ki, daha əvvəl “Fox News” telekanalı Trampın CBS News telekanalını məhkəməyə verdiyi barədə məlumat vermişdi. Respublikaçı münsiflər heyətinin mühakimə olunmasını tələb edir və həmçinin CBS-nin “davam edən aldadıcı və çaşdırıcı təcrübələri” üçün ən azı 10 milyard dollar təzminat tələb edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image