ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Çin və Rusiya liderləri Si Cinpin və Vladimir Putinlə dostluq münasibətləri saxlaya bilər, lakin İranla əlaqələr qurmaq daha çətindir.Vətəninfo.az xəbər verir ki , o, bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.
“Bizim Xi Jinping ilə əvvəllər çox yaxşı münasibətlərimiz olub. Putinlə isə bu, tamamilə fərqli bir məsələdir. Bu, dinlə çox yaxından bağlıdır”, – Tramp deyib.
Və Ağ Evdə jurnalistlərlə söhbətində ABŞ prezidenti ümid etdiyini bildirib ki, İranla bağlı vəziyyəti Tehrana hərbi zərbə endirmədən həll etmək olar.
“Ümid edirəm ki, həll oluna bilər… Tramp İranın nüvə obyektlərinə zərbələri dəstəkləyib-dəstəkləməyəcəyini soruşduqda “Ümid edirəm ki, İran razılaşma əldə edəcək” deyib.
Bundan əvvəl “The Financial Times” öz mənbələrinə istinadən yazıb ki, ABŞ-ın yeni administrasiyası Tehrana təzyiqləri artırmazdan əvvəl İranda diplomatiyaya əl atmaq istəyir.
Nəşrin məlumatına görə, Tramp Vaşinqtonun İranla münasibətlərini müzakirə etmək üçün Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndə Stiv Vitkoffa göstəriş verməyə hazırlaşır.
ABŞ prezidenti Şimali Koreya lideri Kim Çen Inla da əlaqələri davam etdirməyi planlaşdırır.
O, jurnalistin müvafiq sualını cavablandırarkən “Onunla əlaqə saxlayacam” deyib.
Trampın sözlərinə görə, 2017-ci ildə vəzifəyə başlamazdan əvvəl ABŞ-ın keçmiş prezidenti Barak Obama ona xəbərdarlıq edib ki, Pxenyan Vaşinqton üçün ən ciddi problemdir.
“Mən bu problemi həll etdim. Və Kim Çen In ilə razılığa gəldim. O, ümumiyyətlə, çox ağıllı insandır”, – Tramp əlavə edib.