Çindən ABŞ-a gələn miqrantlar ABŞ-ı daxildən ələ keçirmək üçün ordu yaradırlar. Vətəninfo.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Yorkda seçki mitinqində çıxışı zamanı deyib.
“Çindən çoxlu insan gəlir. Bu insanların hamısına baxın, fiziki formaları yaxşıdır, yaşları 19-25 arasındadır, demək olar ki, hamısı hərbi yaşda olan kişilərdir. Məncə, ordu yaradırlar. Bizimlə daxildən məşğul olmaq istəyirlər. Onlar adi qeyri-leqal miqrantlar kimi deyillər, nəsə bilirlər”, – deyə o bildirib.
Tramp əlavə edib ki, Latın Amerikası və Yaxın Şərqdən, o cümlədən ərazisi “ABŞ tərəfindən bombalanan” Yəməndən də çoxlu miqrantlar ABŞ-a gəlir.