image-1backend

Tramp da   “TikTok”da qeydiyyatdan KEÇDİ

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti və 2024-cü il prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd Donald Tramp prezidentliyi dövründə milli təhlükəsizlik səbəbilə qadağan etməyə çalışdığı sosial media platforması “TikTok”a qoşulub.

“TikTok” hesabında ilk paylaşımını qısa video ilə edən D.Tramp xitabında deyib: “Burada olmaq şərəfdir” deyib.

Tramp “TikTok”da hesabının açılmasından az sonra onun izləyicilərinin sayı bir milyonu keçib.

Xüsusilə 2024-cü ilin noyabr ayında keçiriləcək prezident seçkilərində gənc seçicilərə çatmaq üçün “TikTok”a girdiyi şərh edilən Donald Trampın iştirakı sahibi çinli olduğuna görə ABŞ Konqresində qadağan olunması müzakirə edilən sosial media platforması üçün qazanc kimi qiymətləndirilib.

Qeyd edək ki, “TikTok”un ABŞ-da 170 milyon istifadəçisi var.

D.Tramp prezidentliyi dövründə “milli təhlükəsizlik səbəbi ilə “TikTok”u bağlamaq” istəsə də, federal məhkəmə bu fikri qəbul etməmişdi. Amma bu il konqres tərəfindən qəbul edilən, “TikTok” qadağasına yol açan qanun layihəsinin gənc amerikalıları qəzəbləndirəcəyi səbəbilə Tramp artıq bunun əleyhinə olduğunu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki