ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ABŞ müdafiə nazirinin müavini vəzifəsinə milyarder Stiven Faynberqin namizədliyini irəli sürüb. Vətəninfo.az xəbər verir ki, o, bu barədə Truth Social-da yazıb.
Siyasətçi Faynberqi “ çox uğurlu iş adamı ” adlandırıb və bundan əvvəl ABŞ müdafiə naziri postuna namizədliyi irəli sürülən Pit Heqsetlə işləyəcəyini vurğulayıb .
Bundan əvvəl Tramp milyarder , restorançı Tilman Fertittanın ABŞ – ın İtaliyadakı səfiri vəzifəsinə namizədliyini irəli sürdüyünü açıqlamışdı .
Bundan əvvəl siyasətçi hökumətində yeni təyinat olduğunu açıqlayıb. Riçard Qrenell xüsusi missiyalar üzrə xüsusi elçi olacaq. Siyasətçi qeyd edib ki, Qrenel ən qaynar nöqtələrdə işlərə nəzarət edəcək. Onların arasında ABŞ-ın seçilmiş lideri Venesuela və Şimali Koreyanın adını çəkib.