ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp televiziya prodüseri Mark Burnetti ABŞ-ın Londondakı səfiri təyin etmək niyyətində olduğunu açıqlayıb. Vətəninfo.az xəbər verir ki , Ağ Evin seçilmiş rəhbəri sosial şəbəkədəki səhifəsində yazıb: “Mark Burnetti Böyük Britaniyaya xüsusi səfir təyin etmək böyük şərəfdir”.
Xatırladaq ki, Burnett bir sıra layihələrdə çalışıb, bəzilərində Tramp aparıcı kimi iştirak edib.