Vətəninfo.az xəbər verir ki, Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp hesab edir ki, dünya çox təhlükəli vəziyyətə düşüb və onun rəqibi Kamala Harris üçüncü dünya müharibəsini dayandıra bilməyəcək.
“Dünya indi çox təhlükəli bir yerdir. Kəmalə ən sadə suallara belə cavab verə bilmir. Bu dəlilikdir. Əgər bunu edə bilmirsə, üçüncü dünya müharibəsinin qarşısını almaqda bizi necə təmsil edə bilər? Cavab sadədir. edə bilməz”, – Tramp Truth Social-da yazıb.
Siyasətçi daha əvvəl ABŞ-da demokratik administrasiyanın üçüncü dünya müharibəsinə gətirib çıxaracağını da bildirib.