Tramp Husi təşkilatını terror təşkilatı elan edən sərəncam imzaladı
ABŞ prezidenti Donald Tramp Yəmənin “Ənsar Allah” husi qruplaşmasının yenidən ABŞ tərəfindən xarici terror təşkilatı kimi tanınması barədə sərəncam imzalayıb. Vətəninfo.az xəbər verir ki , fərman Ağ Evin saytında dərc olunub.
“Bu sərəncam Husilər kimi tanınan Ənsarullahın xarici terror təşkilatı kimi təyin edilməsi prosesini başlatır”, – deyə sərəncamda bildirilir.
Ağ Ev xatırladır ki, prezident Tramp 2021-ci ildə ilk səlahiyyət müddətində yanvar ayında husiləri terror təşkilatı kimi tanıdı, lakin ondan sonra gələn prezident Co Baydenin administrasiyası səlahiyyətlərinin ilk ayı ərzində bu qərarı dəyişdirdi.
Sərəncamda həmçinin ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Dövlət Departamentindən husilərə ödəniş edən və ya qrupla mübarizə üçün beynəlxalq səylərə qarşı çıxan hər hansı Yəmən təşkilatı ilə əlaqələri kəsməyi tələb edir.