ABŞ Prezidenti Donald Tramp oktyabrın 8-də “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskı elmi tədqiqatlara verdiyi töhfələrə görə Milli Elm Medalı ilə təltif edib.
Vətəninfo.az xəbər verir ki, “C-SPAN”ın məlumatına görə, mükafatlandırma mərasimi Vaşinqtonda yerləşən Milli Sülh İnstitutunda keçirilib.
Mərasimdə çıxış edən Tramp İlon Maskı dövrümüzün Tomas Edisonu adlandırıb.
“İlon, səni təbrik etmək istəyirəm. Sən mənim dostumsan, eyni zamanda müstəsna bir insansan”, – deyə ABŞ prezidenti bildirib.
Tramp “SpaceX” şirkətinin NASA-nın insanlı kosmik uçuşlar sahəsində müstəqilliyinin qorunmasında mühüm rol oynadığını vurğulayıb. O, həmçinin Maskın rəhbərlik etdiyi “Neuralink” şirkətinin fəaliyyətinə toxunaraq, görmə və hərəkət funksiyalarının bərpası istiqamətində əldə olunan nailiyyətləri qeyd edib.
“Tesla” şirkəti barədə danışan Tramp isə əmisi, alim Con Trampı xatırladıb. O, əvvəllər ABŞ hökuməti adından Nikola Teslanın arxiv materiallarını araşdırıb.
ABŞ prezidenti bu məqamla bağlı zarafat edərək bildirib ki, əks halda İlon Maskdan şirkətin adını dəyişdirmək tələb oluna bilərdi.


























