Amerika prezidenti İran dronları kimi dronlar istehsal etməyə göstəriş verib.
Vətəninfo.az xəbər verir ki, Donald Tramp Dohada ABŞ və Qətərin iş adamları ilə görüşündə bu haqsa danışıb.
“Biz təyyarələr, raketlər, PUA-lar istehsal edəcəyik, onlar dünyada ən yaxşısı olacaqlar.
Ümid edirəm ki, onlar baha olmayacaq.
İrana baxın, onlar cəmi 35-40 min dollara yaxşı dronlar istehsal edirlər. Mən dedim ki, 41 milyon dollara yox, 35-40 min dollara dronlar istəyirəm. Bu, sürətli və ölümcül silahdır, Rusiya-Ukrayna münaqişəsinə baxın”, – deyə ABŞ prezidenti əlavə edib.