Vətəninfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ötən gecə İsrailin baş naziri Benyamin Netanyahu ilə birlikdə keçirilən şam yeməyi zamanı İranla bağlı diqqətçəkən açıqlamalar verib. Tramp bildirib ki, Suriyaya qarşı tətbiq olunan sanksiyaları artıq ləğv ediblər və eyni yanaşmanı İrana da göstərmək istədiyini vurğulayıb:
“Biz Suriyaya qarşı sanksiyaları ləğv etdik, çünki onlara bir şans vermək istədik. Mən çox istərdim ki, İrana qarşı sanksiyalar da lazımi vaxtda qaldırılsın. Onlara sağalmaq və sülh yolu ilə bərpa olunmaq imkanı verilməlidir. Ümid edirəm ki, bir daha İrana hücum etməli olmayacağam. Bunu etmək istədiyimi təsəvvür etməkdə çətinlik çəkirəm”.
Tramp əlavə edib ki, “iranlılar görüş keçirmək və vəziyyəti həll etmək istəyirlər. Bu görüş çox yaxın vaxtda baş tuta bilər”.