Vətəninfo.az xəbər verir ki, dünən ABŞ prezidenti Donald Tramp CBS telekanalına müsahibəsində, İranın artıq heç bir nüvə potensialına malik olmadığını və bu səbəbdən dünya üçün təhlükə yaratmadığını açıqlayıb.
Tramp, İranın nüvə potensialı ilə bağlı verilən sualı cavablandırarkən deyib: “Bilirsiniz, mən niyə pilotları Ağ Evə dəvət etdim? Çünki onlar çox cəsarətlidirlər. Onlar olduqca məharətlidir. Pilotlar birdəfəlik qırıcıya minərək, İranın hava məkanına daxil olublar. Onlar Amerikanın qəhrəmanlarıdır”.
Tramp İrana hücum edən ilk ABŞ prezidenti olduğunu da açıqlayaraq vurğulayıb: “Onlara mənə bilmədiyim bir şeyi dedilər. Pilotlar bildirdilər ki, biz 22 ildir bunun üçün hazırlaşırıq və siz bizə işimizi görməyə icazə verən yeganə prezidentsiniz”.


























