Vətəninfo.az xəbər verir ki, İran ilə ABŞ arasında danışıqların ikinci raundu başa çatdıqdan iki gün sonra ABŞ prezidenti Donald Tramp məsələ ilə bağlı ilk açıqlamasında Tehranla müzakirələrdən məmnunluğunu ifadə edərək, danışıqları çox uğurlu adlandırıb.
“Nə baş verdiyini görməliyik. Növbəti addım müəyyən vaxt aparacaq, ancaq İranla çox uğurlu danışıqlarımız olub”, – deyə, Tramp vurğulayıb.